Səudiyyə Ərəbistanının rəhbərliyi altında koalisiya qüvvələrinin Yəmənə təşkil etdiyi hava hücumları zamanı İranın Sanadakı səfirlik binasının yaxınlığına iki raket düşüb. Rəsmi Tehran bununla əlaqədar Səudiyyə Ərəbistanına nota göndərib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyindən açıqlama verilib. Məlumatda Səudiyyə Ərəbistanı müvəqqəti işlər vəkilinin İran XİN-ə çağırıldığı, Tehranın hadisə ilə bağlı kəskin etirazının çatdırıldığı bildirilib.
Açıqlamada həmçinin qeyd olunub ki, Səudiyyə diplomatların və diplomatik binaların toxunulmazlığı məsələsinə diqqət yetirməlidir.
Samir