3 İyun 2015 13:28
4 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmirdə 23 yaşlı qadın tikintisi davam edən binaya çıxaraq intihar etmək istəyib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, psixoloji problemləri olduğu güman edilən C.H binanın dördüncü mərtəbəsinə çıxıb.

Hadisənin şahidləri yanğınsöndürmə, səhiyyə və polis əməkdaşlarına məlumat veriblər.

Yanğın nərdivanıyla qadına yaxınlaşan yanğınsöndürənlər ona siqaret verərək sakitləşdirməyə çalışıb. Təxminən bir saat davam edən danışıqlardan sonra C.H aşağı enməyə razı olub.

Təcili yardımla xəstəxanaya aparılan qadının həyat yoldaşından ayrıldığı və bir uşağı olduğu müəyyən edilib.

Polis faktla bağlı istindaqa başlayıb.

Teleqraf.com videonu təqdim edir:

Rüstəm


Müəllif: