Fələstin Milli Məclisinin sədri Əziz Duveyk İsrailin Ofer həbsxanasından azad olunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Duveyk Qərbi Şəriyədə bir tədbirdə etdiyi çıxışa görə keçən il İsrail tərəfindən tutulub. Onun haqqında 12 ay həbs və 6 min şikel (təxminən 1500 dollar) pul cəzası kəsilib.
Xatırladaq ki, Duveyk bundan əvvəl də bir neçə dəfə İsrail gücləri tərəfindən nəzarətə alınıb.
Samir