24 İyun 2015 15:02
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev Ermənistandakı iğtişaşlarda "rəngli inqilab"ın əlamətlərini gördüyünü deyib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hazırda iğtişaşlar sosial-iqtisadi vəziyyətdən narazı olan insanların münaqişəsi formasında davam edir: "Bununla belə, bütün "rəngli inqilablar" bu ssenari üzrə inkişaf edib".

Qeyd edək ki, Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin keçirdiyi dinc aksiyalar zamanı 240 nəfər saxlanılıb. Onların aralarında jurnalistlər də var.


Müəllif: