26 İyun 2015 13:52
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı öz valyutasını hazırlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, terror təşkilatı yaxın zamanlarda öz valyutasını dövriyyəyə buraxmağa hazırlaşır.

İŞİD-in yeni valyutası dinar adlanır və 1 qızıl dinarın dollara olan ekvivalenti 139 ABŞ dolları dəyərində olacaq.

Artıq İŞİD-in valyutasının fotoları sosial şəbəkələrdə yayılıb.

İŞİD dinarının bir üzündə ərəb dilində yazı, digər üzündə isə dünya xəritəsinin rəsmi var.

Dinar monetanın üzərində eyni zamanda yeddi buğda sünbülünün rəmzi qeyd olunub. İŞİD-in valyutasının yaxın zamanlarda dövriyyəyə biraxılması gözlənilir.

Xatırladaq ki, son 5 ildə qızılın qiyməti ən aşağı səviyyədədir. 2011-ci il sentyabrın 6-da qzılın qiyməti bir unsiyaya görə 1920 dollara bərabər olub.

Bloomberg-in məlumatına görə, dünən Nyu-Yorkun Comex birjasında bir unsiya qızılın qiyməti 1177,3 dollaradək düşüb.


Müəllif:

Oxşar xəbərlər