26 May 2014 14:12
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada keçirilən prezident seçkisinin qalibi Pyotr Poroşenko sahibi olduğu “5-ci kanal”ı satmayacaq.

Axar.az xəbər verir ki, bu barədə Poroşenkonun özü jurnalistlərə açıqlamasında deyib.

“İndi yeni ənənə qoyulacaq – bir şəxs yeni vəzifəyə gələndə qəti addımlar atır. Biznesini satır və bütün gücünü işə sərf edir”, - deyə Poroşenko bildirib.

Onun sözlərinə görə, artıq “Roşen” qənnadı fabrikinin əsas aktivlərinin satılması ilə bağlı tapşırıq verilib: “Biz əsas aktivlərin satılması istiqamətində iş aparırıq.

Təkcə mənə məxsus “5-ci kanal” satılmayacaq. O heç vaxt satılmayıb və bundan sonra da satılmayacaq. Digər tərəfdən onun bir azad mətbuat kimi Maydan hadisələri zamanı oynadığı rol çox böyükdür”.


Müəllif: