ABŞ ordusuna məxsus sualtı gəmi Finlandiyanın ərazi sularını pozub. Ancaq Finlandiya Müdafiə Nazirliyi bu barədə heç bir bəyanat verməyə tələsmir.

Finlandiyanın nüfuzlu "İltasanomat" qəzetinin yazdığına görə, ABŞ-ın sualtı gəmisi iyunun 6-da Finlandiya sularına girib. Gəmini Finlandiya donanması müəyyən edib.

"Dənizdə Amerika sualtı gəmisini gördük. Hamımız çox təəccübləndik", - deyə hərbçilərdən biri jurnalistlərə bildirib. O, sualtı gəminin şəkilini çəkib və onu kütləvi informasiya vasitələrinə verib.



Jurnalistlər ölkə Müdafiə Nazirliyinə müraciət ediblər, ancaq Nazirlik bu informasiyanı təsdiq etməyib. Hərbçilər vurğulayırlar ki, beynəlxalq sularda xarici sualtı gəmilər azad şəkildə üzə bilər. Belə olan halda Nazirlikdən nəyə görə heç bir açıqlama verilməyib.



Bundan başqa "Arli Berk" USS Porter (DDG 78) tipli amerika raket esminesi 5 iyulda Qara dənizə girəcək. Bu haqda ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin rəsmi saytında bildirilir. "Qara dənizdə esminesin olması NATO və Qara dəniz tərəfdaşları arasında əməkdaşlıq əlaqələrinin və birgə operativ imkanların möhkəmləndirilməsinıə xidmət edəcək.



Esminesin komandiri Bleyr Qay vurğulayıb ki, Qara dənizdə hərbi gəmilərin olması yalnız müttəfiqlərlə münasibətləri möhkəmləndirmir, həm də regionda ümumi sabitliyə imkan yaradır.

İyunun sonunda Qara dənizdə ABŞ Hərbi-Dəniz Qüvvələrlərinin "Esmines URO "Labun" və "Arli Berk" gəmiləri Rumıniyanın Hərbi-Dəniz Qüvvələrlərinin "Eustatiu Sebastyan" korvetiylə birgə təlimlərdə iştirak edib.



Həmçinin bildirilir ki, ABŞ Hərbi-Dəniz Qüvvələrlərinin 6-cı donanmasının "Labun" raket esminesi iyunun 28-də gürcü limanı Batumiyə girib. Rusiya Müdafiə Nazirliyi dəfələrlə bildirib ki, son bir il yarım ərzində Rusiya sərhədlərində NATO qoşunlarının döyüş hazırlığının intensivliyi əhəmiyyətli dərəcədə artıb. Onu da bildirək ki, ABŞ və NATO-nun hərbi gəmilərlə etdiyi son manevrlər Rusiya sərhədlərinə yaxın bölgələrdə baş verir.