Qəzza yenidən inşa edilir
İsrail Qəzza zolağında inşa ediləcək 663 mənzil üçün lazım olan materialın bölgəyə girişinə icazə verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Fələstinin Tikinti və İnşaat naziri Mufid əl Hasayinə açıqlayıb. O verdiyi açıqlamada bildirib ki, bununla bağlı BMT-nin rəhbərliyi ilə keçirilən danışıqlarda razılığa gəlinib.
Qeyd edək ki, ötən ilin bu günündə İsrailin Qəzzaya etdiyi və 51 gün davam edən hücumlar nəticəsində çoxu qadın və uşaq olmaqla 2157 nəfər həyatını itirib, 11 min sakin isə yaralanıb. Hücum zamanı həmçinin 17200 ev, 73 məscid və 24 məktəb tamamilə dağıdılıb.
Samir