Rusiya hazırda ABŞ-ın milli təhlükəsizliyi üçün əsas təhdiddir.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bunu ABŞ HHQ naziri Debor Ceyms deyib.
Onun sözlərinə görə, hazırda ABŞ Avropa ölkələrində öz hərbi trxnika və əsgəri personalını artırma yönündə tədbirlər görür. O, bu tədbirlərin "Rusiyanın narahatedici addımları"na cavab olaraq görüldüyünü bildirib.
Hazırda Avropada səfərdə olan Debor Ceyms ABŞ-ın NATO-dakı müttəfiqləri ilə görüşlər keçirir. O, Reuters-ə müsahibəsində deyib: "Mən hesab edirəm ki, ən böyük təhlükə Rusiyadır".
Nihad