Tailand dünən İstanbuldakı fəxri kosulluq binasına edilən hücumdan sonra Türkiyədəki bütün nümayəndəlikləri ilə bağlı qərar verib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaradakı Tailand səfirliyi və İstanbuldakı fəxri konsulluğu cümə günü müvəqqəti olaraq bağlanılıb.
Qeyd edək ki, ötən gün Tailand hökumətinin Çin zülmündən qaçaraq, bu ölkəyə gələn 90 uyğur türkünü Pekinə təhvil verib. Bundan sonra Tailandın İstanbuldakı fəxri konsulluğuna hücum olub.
Samir