23 İyul 2015 19:21
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran nüvə sazişindən sonra Avropa ilə sənaye və ticarət əlaqələri qurmağa hazırlaşır.

İran neft nazirinin kommersiya və xarici əlaqələr üzrə müavini Hossein Zamaninia iyulun 23-də investorların Vyanada keçirilən konfransında bildirib ki, Tehran ümumilikdə 185 milyard dollarlıq 50 neft və qaz layihəsi hazırlayıb və bunları 2020-ci ilədək imzalamaq ümidindədir.

Sənaye və dağ-mədən sənayesi naziri Mohammad Reza Nematzadeh da bildirib ki, İran Avropadan mal almaq əvəzində texniki və mühəndislik sahələrində ikitərəfli ticarət əlaqələrinə can atır.

O qeyd edib ki, son iki həftə ərzində Avropa şirkətləri ilə 2 milyard dollarlıq xeyli layihə razılaşdırılıb.

Amma nazir əlavə detallar barədə məlumat verməyib.


Müəllif:

Oxşar xəbərlər