27 İyul 2015 15:20
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə qaldığı internat məktəbdən tez-tez qaçan 17 yaşlı qız atası tərəfindən amansızlıqla qətlə yetirilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı ata Səbri Aylar 17 yaşlı qızı Şükran Aylara 9 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını itirib.

Hadisə ötən gün saat 23.00 radələrində mədəniyyət parkında baş verib. Səyyar satıcılıq edən Səbri Aylar internat məktəbində qaçan qızını tapıb. Şükran Aylar atasını görəndə qaçmağa başlayıb. O, qızını kürəyindən 7, qoltuq altından 2 bıçaq zərbəsilə yaralayıb. Xəstəxanaya çatrıdırılan Şükran Ayların həyatını xilas etmək olmayıb.

Ata Səbri Aylar isə polis tərəfindən həbs edilib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər