30 İyul 2015 11:36
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Muxtar Vilayəti ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq qurula bilər. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.

Ermənistanın Baş naziri Ovik Abramyan artıq İraqın şimalında səfərdədir. Abramyanı bu səfərdə iqtisadiyyat naziri, onun müavini və fövqəladə hallar naziri müşaiyət edir.

Qeyd edək ki, Kürd Muxtar Vilayəti bir müddət öncə Bağdadın əmrlərinə tabe olmayacaqlarını bildirmişdi. İrəvan isə bundan bir müddət öncə Bağdadla əlaqə qurmadan İraq Kürd Muxtar Vilayəti ilə danışıqlara başlamışdı.

Rəsmi İrəvan hətta İŞİD hücumundan əziyyət çəkən yezdi kürdlərinə də Dağlıq Qarabağda yer verməyə hazır olduğunu bildirmişdi.


Müəllif:

Oxşar xəbərlər