3 Avqust 2015 23:04
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə yeni Süveyş Kanalının açılış mərasimində təhlükəsizlik 10 min polis tərəfindən təmin ediləcək.

“Asharq Al-Awsat” qəzetinin məlumatına görə, ilk növbədə yeni kanalın keçdiyi Suez, İsmailiyə, Port-Səid vilayətlərində ictimai asayişin mümkün pozulması hallarının qarşısının alınması üçün geniş əməliyyatlar aparılacaq. Avqustun 1-dən başlayaraq ölkə ərazisindəki bütün vacib obyektlər (parlamentin, hökumətin, Mərkəzi Bankın, teleradio stansiyalarının binaları ) növbəli sistem əsasında qorunur.

Xatırladaq ki, uzunluğu 72 kilometr olan yeni Süveyş Kanalının açılış mərasimi avqustun 6-da baş tutacaq. Bu layihənin reallaşması Misirə 8 milyard dollara başa gəlib. Kanal ikitərəfli olacaq və onun buraxılış qabiliyyəti iki dəfə artacaq. Bu kanal Misirin təkcə nəqliyyat deyil, həm də güclü logistika və sənaye mərkəzi olacaq, böyük xidmət kompleksini, habelə bir neçə sənaye zonasını əhatə edəcək.


Müəllif:

Oxşar xəbərlər