İranın Suriya və İraqa döyüşçü daşımaq üçün Əfqanıstandan sərnişin təyyarələri kirayəyə götürdüyü məlum olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Əfqanıstanın nəqliyyat naziri Qeys Həsən açıqlama verib.
Onun sözlərinə görə, Əfqanıstan rəhbərliyi bu təyyarələrin maskalı və silahlı döyüşçüləri İrandan bölgəyə gətirdiyini müəyyən edib. Buna görə də, o, Tehran rəhbərliyi və Əfqanıstan arasında imzalanan sərnişindaşıma müqaviləsini pozduqlarını bildirib.
Qeys Həsən bildirib ki, bu hadisə təxminən bir aydır davam edir. Döyüşçü daşıyan təyyarələr Kabildən İranın Məşhəd, oradan da Bağdad və Nəcəf şəhərlərinə uçub.
Qeyd edək ki, Əfqanıstan təyyarələri İran İnqilab Mühafizəkarlarına məxsus hava yolu şirkəti tərəfindən kirayələnib. Suriya müxalifəti də İrandan cəbhəyə əsgər və terrorçu axınının olduğunu təsdiqləyib.
İran rəsmi orqanları isə mövzuyla bağlı heç bir rəsmi açıqlama verməyib.
Samir