Dünyəvi baxışlarıyla tanınan banqladeşli bloqqer Niloy Neel Dəkkə şəhərində bıçaqlı dəstənin hücumuna məruz qalaraq qətlə yetirilib, polis bildirib.
Niloy Neel-ə paytaxtdakı evində dəfələrlə hücum olduğu bildirilir. O, bu il ərzində Banqladeşdəki islamçı silahlılar deyilən şəxslərin hücumuna məruz qalaraq qətlə yetirilmiş dördüncü dünyəvi bloqqerdir.
Imran H Sarkar AFP xəbər agentliyinə bildirib ki, hücum edən şəxslər cənab Neel-in otağına daxil olub "onun dostunu kənara itələyib və sonra onu öldürüblər".
Polisin bildirdiyinə görə, cənab Neel-in evinə altı şəxs hücum edib. Onların kirayə üçün evə baxmaq bəhanəsiylə içəri daxil olduğu bildirilir. "Onlardan ikisi bloqqeri otağa apararaq onu qətlə yetirib," polis rəsmisi Muntaşirul İslam AFP-yə bildirib.
"Onun arvadı mənzildə olub, lakin başqa otaqda kilidlənib". May ayında dünyəvi bloqqer Ananta Bijoy Das Silhet şəhərində maskalı şəxslərin hücumuna məruz qalmışdı.