7 Avqust 2015 22:29
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Energetika Nazirliyi "Türk axını" layihəsi üzrə hökumətlərarası sazişin iki variantını Türkiyəyə göndərib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təkliflərdən biri birinci xəttin tikintisi, digəri isə bütün dörd xəttin tikintisi ilə bağlıdır.

Sənədlərin göndərildyi tarix barədə məlumat verilmir. Öz növbəsində, "Qazprom"un nümayəndəsi guya şirkətdə "Türk axını"nın konfiqurasiyasının dəyişməsi barədə qərarın qəbul edildiyi və qaz kəmərinin yalnız bir və ya iki xəttdən ibarət olacağına dair məlumatları şərh etməkdən imtina edib.


Müəllif:

Oxşar xəbərlər