Türkiyədə "fahişəliyə məcburetmə, yer təmin etmə və vasitəçilik etmə" cinayətindən 5 il 9 ay həbs cəzası alan qadın, nikah günü polis tərəfindən tutularaq həbsxanaya göndərilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis 2009-cu ildə 7 ay davam edən izləmədən sonra cinayətkar qrupu saxlayıb. Əməliyyata zamanı 33 şübhəlidən 19-u həbs edilib.
Məhkəmə qarşısına çıxarılan 33 yaşlı Xədicə Ö.-nün haqqında isə həbs edilmədən mühikmə olunması qərarı verilib. Bir müddət sonra isə Xədicə vergi müfəttişənə aşiq olub. Cütlük 2015-ci ilin avqustun 10-nu nikah günü seçiblər.
Elə həmin gün səhər saatlarında polis keçirdiyi əməliyyatla Xədicə Ö.-nü həbs edib.
Həbs ediləcəyi haqqında qərarı öyrənən Xədicə "avqustun 10-u mənim nikah günümdür. Bu günü özüm şəxsən seçmişəm. Kaş ki, bir gün sonra gələrdiniz. Heç olmasa, nikaha girib sonra həbsxanaya gedərdim", deyib.
Olanları öyrənən sevgilisi göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, yerli məhkəmə qadına 5 il 9 ay həbs cəzası verib. Xədicə apelyasiya məhkəməsinə müraciət edib. Apelyasiya məhkəmis isə yerli məhkəmənin verdiyi həbs cəzası qərarını dəyişməyib.
Rüstəm