"Şərtlər çox dəyişdi. Nəticəni görək, sonra qərarımızı verərik".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayib Ərdoğan koalisiya hökumətinin qurulmasının Cumhüriyyət Xalq Patiyasının sədri Kamal Kılıcdaroğluna tapşırılması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.
O, Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) arasında koalisya hökumətinin qurulmamasına münasibəti belə olub: "Dünənki nəticə əslində təyinedici bir nəticə deyil. Baş nazir (Əhməd Davudoğlu) MHP (Milliyətçi Hərəkat Partiyası) ilə görüşdükdən sonra nəticəni mənə bildirəcək. Bu görüşdən sonra mənzərəni görüb, vəziyyəti ona uyğun dəyərləndirmək lazımdır".
Jurnalistlərin "Dövlət Bağçalı (MHP sədri) baş nazirin sizin təsiriniz altında qalmamasının vacibliyi şərtini irəli sürüb. Buna necə baxırsınız" sualına cavb verən, R.T.Ərdoğan deyib: "Hörmətli Bağçalı mən və ailəmlə bağlı ədəb sərhədlərini aşan bəzi ifadələr işlətdiyindən ona əhəmiyyət verməyəcəyəm".
Qeyd edək ki, avqustun 13-də AKP ilə CHP arasında koalisyanın qurulması ilə bağlı görüş nəticəsiz başa çatıb. Bundan sonra Əhməd Davudoğlu hökumət qurulması üçün MHP liderindən görüş istəyib.