23 Avqust 2015 23:42
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı Ənbar vilayətində qurduğu iki pusquda 50 İraq əsgəri və şiə polisləri öldürüb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Ənbar Vilayət Şurasının sədri Sabah Əl Karhut İŞİD-in Ənbarda əsgərlərə iki yerdə pusu qurduğunu deyib.

Karhut pusquda 50 İraq əsgəri və şiə polisərin öldürüldüyünü qeyd edib.

Hücumların vilayətin mərkəzi Ramadidə reallaşdığını deyən Əl Karhut ətraflı şərh verməyib.

Hücumla əlaqədar İŞİD də açıqlama verməyib. Ənbar vilayətində mərkəz Ramadi və Fəlluca olmaq üzrə bir çox şəhərlər IŞİD-in nəzarəti altındadır.

Nihad


Müəllif:

Oxşar xəbərlər