“Kiyevdə Rusiya və Ukrayna prezidentləri arasında sentyabrda görüşün baş tuta biləcəyini istisna etmirlər”.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti administrasiyası rəhbərinin müavini Konstantin Yeliseyev bildirib.
“Böyük ehtimalla, görüş normand formatında, yaxud “normand dördlüyü” əsasında baş tutacaq”, deyə Yeliseyev bildirib.
“Putin və Poroşenko arasında təkbətək görüşün keçirilməsi planlaşdırılıbmı?” sualına prezident administrasiyası rəhbərinin müavini cavabında “Hər şey ola bilər, əgər vəziyyət bunu tələb edəcəksə” bildirib.
Bununla belə Yeliseyev görüşün tarixini açıqlamaqda çətinlik çəkib: “Görüşün nə vaxt keçirilməsinə dair heç nə deyə bilmərəm”.