26 Avqust 2015 14:02
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın cənubunda iki nəfər hərbi geyimli şəxs iki NATO hərbçisi öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hadisə Gilmənd əyalətində baş verib. Həlak olanların milliyyəti barədə məlumat verilməsə də, bu bölgədə əsasən amerkalı əsgərlərin xidmət etdiyi bildirilib.

Hələlik heç bir qruplaşma baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib. Adətən belə hücumların arxasənda "Taliban" durur.

İslamçılar ölkə ərazisinin 70 faizinə nəzarət edirlər. Təşkilatının təxminən 27 min nəfərdən ibarət fəal döyüşçüsü dəstəsi var.

BMT-nin məlumatına görə, 2015-ci ilin ilk altı ayı ərzində Əfqanıstan hakimiyyəti ilə islamçılar arasındakı münaqişədə 5 minə yaxın dinc sakin öldürülüb və ya yaralanıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər