ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı 2 jurnalisti öldürən 41 yaşlı Brays Uilyams kimi tanınan Vester Flenaqan intihara cəhd etsə də, sağ qalıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Cinayətkarın hərəkətinin motivi bəlli deyil.
Avqustun 26-da ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı WDBJ7 telekanalının reportyoru Alison Parker və fotoqraf Adam Vard keçmiş həmkarı Brays Uilyams tərəfindən güllələnib. Bundan sonra B.Uilyamsın intihar etdiyi barədə məlumat yayılmışdı.