30 Avqust 2015 12:55
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Yeni Orlean şəhərində düz on il əvvəl baş vermiş “Katrina” qasırğası qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər başlayıb.

BBC xəbər verir ki, anım mərasimində şəhər meri Mitç Landryö təbii fəlakət zamanı və sonra sakinlərin bir-birinə necə dəstək olduqlarını xatırladıb. Mərasimdə həmçinin ABŞ-ın sabiq prezidenti Bill Klinton da iştirak edib.

2015-ci ildə baş vermiş qasırğa nəticəsində iki min nəfərə yaxın insan həlak olmuş, daha bir milyonadək sakin evini tərk etmiş, Yeni Orleanın 80 faizi su altında qalmışdı.

“Katrina” ABŞ tarixində ən dağıdıcı qasırğa hesab olunur.


Müəllif:

Oxşar xəbərlər