Avropa Birli Rusiyaya və Donbas təmsilçilərinə qarşı sanksiyaları 2016-cı il martın 15-dək uzada bilər. Musavat.com-un məlumatına görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Qeyd edilir ki, Moskvaya təzyiqləri davam etdirmək üçün 200 rusiyalı və ukraynalı fiziki və hüquqi şəxsə qarşı tətbiq edilən sanksiyalar uzadıla bilər.
Qərar sentyabrın ortalarında qəbul ediləcək, çünki əvvəlki sanksiyaların müddəti sentyabrın 15-də başa çatır.
Az öncə Ukrayna prezidenti Pyotr Poroşenko əmin olduğunu bildirmişdi ki, Ukraynanın ərazi bütövlüyünün pozulmasına cavabdeh olan Rusiya və Ukrayna vətəndaşlarına qarşı individual sanksiyaları uzadacaq.