İraqın paytaxtı Bağdadın müxtəlif bölgələrində silsilə partlayışlar baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisələr zamanı 9 nəfər həyatını itirib, 18-i isə xəsarət alıb. Onların dinc sakin olduğu açıqlanıb.
Rəsmi məlumatlara görə, ölənlər arasında 3 körpə də olub. Hücumların uzaqdan idarə edilən partlayıcıların işə düşmələri nəticəsində baş verdiyi bildirilib.
Samir