6 Sentyabr 2015 19:43
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malaziyanın qərb sahillərində qeyri-leqal miqrantları daşıyan qayığın qəzaya uğradığı yerdə xilasedicilər 43 meyit aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə ölkənin Hilir Perak dairə polisinin rəis müavini Şuhayli Mohd Zain məlumat verib.

O təsdiq edib ki, ötən sutka ərzində gəmidə olan sərnişinlərdən birini belə xilas etmək mümkün olmayıb. Polisin sözlərinə görə, qəza nəticəsində sağ qalanların sayı 20 nəfər təşkil edib.

Qayıqda ümumilikdə 80 qeyri-leqal miqrant olub. Gəmi İndoneziya bayrağı altında üzüb və cümə axşamı Malaziya sahillərində batıb.


Müəllif: