9 Sentyabr 2015 19:39
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Federativ Respublikanın Nazirlər Kabineti ölkənin sürətli yollarından istifadə edən əcnəbilərə rüsum tətbiqi haqqında qanun layihəsini təsdiqləyib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, qanun layihəsinə əsasən, 2016-cı ildən başlayaraq, xarici ölkələrin nömrə nişanı olan maşın sahibləri də Almaniyanın yerli sürücüləri kimi sürətli avtomagistrallardan istifadəyə görə rüsum ödəyəcəklər. Bunun nəticəsində Almaniya vətəndaşlarının ödədiyi nəqliyyat vergisi azaldılacaq. Proqnozlara görə, nəqliyyat infrastrukturunun inkişafına yönəldilmiş bu tədbir büdcəyə 500 milyon avro gətirəcək.

Maşınların istismar müddətindən və havaya buraxdığı zərərli tüstünün miqdarından asılı olaraq, Almaniya vətəndaşları ildə 130 avroyadək rüsum ödəyəcəklər. Əcnəbilər isə avtobanda gediş üçün 10 avroya 10 günlük və ya 20 avroya iki aylıq buraxılış vərəqəsi ala bilərlər.


Müəllif:

Oxşar xəbərlər