İŞİD qruplaşmasının tabeliyində olan haker qrupları Azərbaycan banklarından birinin saytını dağıdıb.
Axar.az xəbər verir ki, hücuma “Əmrahbank”ın amrahbank.az və amrahbank.com ünvanında yerləşən rəsmi veb-saytları məruz qalıb.
Hazırda sayta daxil olduqdan 1-2 saniyə sonra başqa səhifə açılır və burada terrorçu Üsamə bin Laden və 11 sentyabrda partladılmış qoşa qüllələrin şəkli, digər tərəfdə isə İŞİD-in bayrağı təqdim olunur.
Saytın “İslamic cyber army” adlanan haker qrupu tərəfindən sındırıldığı bildirilir.