11 Sentyabr 2015 19:25
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hökumət qüvvələri Kürd Fəhlə Partiyasının (PKK) düşərgələrini və terrorçuların hərəkətlərini pilotsuz aparatlarla müəyyən etməkdədir.

Daxili işlər naziri Selami Altınok PKK-nın dağıdıcı fəaliyyəti və bu terrorçu təşkilatla mübarizənin vəziyyəti barədə KİV nümayəndələrinə məlumat verəndən sonra ölkənin Şırnak bölgəsindəki Cizrə rayonunda terrorçuların hücumlarını, yollarda qurduqları barrikadaları, qazılan xəndəklərı, hücum hazırlıqlarını əks etdirən görüntülər jurnalistlərə təqdim olunub. Nazir bildirib ki, bütün bu görüntülər pilotsuz aparatlarla çəkilib.

Anadolu Agentliyinin məlumatına görə, sentyabrın 11-də Türkiyənin hərbi təyyarələrinin İraqın şimalındakı PKK hədəflərini bombalaması nəticəsində terrorçuların ən böyük düşərgələri yerlə-yeksan edilib, 60 terrorçu öldürülüb.


Müəllif:

Oxşar xəbərlər