"Kəbədə kranın aşması nəticəsində ölən zəvvarların yaxınlarına təzminat ödəniləcək".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanının hökuməti qərar qəbul edib. Təzminatın həcmi 74 min dollar göstərilir.
Bu arada verilən açıqlamada ölən 132 zəvvardan 81 nəfərin şəxsiyyətinin məlum olduğu bildirilib. Onlardan 26-sı İran, 20-si Misir, 15-i Pakistan, 12-i Əlcəzair və 8-i Türkiyə vətəndaşıdır.
Samir