27 Sentyabr 2015 09:42
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailanda 2 gəminin toqquşması nəticəsində 23 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə yerli KİV-lərə istinadən İnterfaks xəbər verir.

Hadisədə bir nəfər Macarıstan vətəndaşı olan turistin öldüyü bildirilir.

Macarıstanın Tailanddakı səfirliyi 61 yaşlı turistin ölməsi faktını təsdiq edib.

Daha iki macar turistin gəmidə olduğu bildirilir. Gəmidə olan digər şəxslərin isə Cənubi Koreya vətəndaşları olduğu deyilir.


Müəllif: