"Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsovun ölümün Rusiya tarixinin biabırçı səhifəsidir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, təhlükəsizlik xidməti hazırda cinayətin tam araşdırılması və bu məsələdə əli olan şəxslərin saxlanılması üçün axtarışları davam etdirir.
Qeyd edək ki, Nemtsov Böyük Moskva körpüsündə fevralın 27-də qətlə yetirilib.
Samir