8 Oktyabr 2015 20:54
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Köçkünlərin Almaniyaya kütləvi axını ölkədə radikal millətçilərin aktivləşməsi ilə müşahidə olunur.

Təkcə son beş gün ərzində miqrantların məskunlaşdığı yerlərdə iki yanğın hadisəsi törədilib.

Polisin məlumatına görə, budəfəki yanğın Bavariya Federal əyalətinin İnqolştadt şəhərindəki “Gastpark” adlanan köhnə hotel binasında meydana gəlib. İnsident nəticəsində dörd qaçqın xəsarət alıb. Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə klinikaya çatdırılıb. Ümumilikdə, sözügedən sığınacaqda yüz köçkünün yaşadığı bildirilsə də, yanğın zamanı ərazidə olan digər miqrantların taleyinə aydınlıq gətirilməyib. Hüquq mühafizə orqanları qəsdən yanğın törətmə ehtimalı üzərində dayanaraq tədqiqata başlayıblar.

Bu arada cinayət işləri üzrə Federal idarə ictimaiyyətə yeni statistik rəqəmlər açiqlayıb. Məlum olub ki, cari ilin əvvəlindən bəri mühacirlərin məskunlaşdığı məkanlara 437 müxtəlif səpkili hücumlar həyata keçirilib. Bu da 2014-cü illə müqayisədə iki dəfə çoxdur.


Müəllif: