14 Oktyabr 2015 14:17
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskva Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ üzrə dialoqu bərpa etməyə çağırır".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, hazırki vəziyyətdə eskalasiya qəbuledilməzdir: "Təəssüf ki, münaqişə zonasında vəziyyətin gərginləşməsi və cəbhə xəttində dinc sakinlər arasında qurbanların sayının artması dialoqun bərpa edilməsinə mane olur. Tərəfləri kompromis əldə etmək üçün güc tətbiq etməkdən yayınmağa, siyasi iradə göstərməyə çağırırıq".

Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin aprel və may aylarında Moskvaya səfəri zamanı müzakirə mövzusu olub: "Biz bu istiqamətdə ABŞ və Fransa ilə sıx əlaqədə işləyirik. Bu yaxınlarda BMT Baş Assambleyasının 70-ci sessiyası zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüş zamanı həmsədrlərin bu ay regiona səfəri ilə bağlı razılıq əldə edilib".

Samir


Müəllif:

Oxşar xəbərlər