Rusiya Pakistanla ildə 12,4 milyard kubmetr qaz ötürə biləcək və dəyəri 2,5 milyard dollar olan qaz kəmərinin tikintisinə dair saziş imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Reuters" agentliyi məlumat yayıb. 1100 kilometr uzunluğunda olacaq qaz kəməri Pakistanın Lahor şəhəri ilə Karaçi limanı arasında çəkiləcək.
Qaz kəmərinin 2020-ci ilin ikinci rübünədək tam gücü ilə işlə düşəcəyi gözlənilir. Layihənin sifarişçisi Pakistanın ISGSL şirkəti olacaq.
Rüstəm