18 Oktyabr 2015 17:30
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Atatürk Hava Limanında intihar hadisəsi baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. İngiltərə vətəndaşı olan 50 yaşlı Yanquelin Anne Suttonun cəsədi aeroportun ayaq yolusunda asılmış vəziyyətdə tapılıb.

Məlumatlara görə, Sutton təyyarəəyə gecikib. Daha sonra kassaya yaxınlaşan ingilis pulunun olmadığını deyib. Ona heç bir yardımın olunmayacağını görən Sutton ayaqqabılarının ipləri ilə özünü asıb. Onun cəsədi 3 rusiyalı turist tərəfindən tapılıb.

Faktla bağlı araşdırmalar başlanıb.

Samir


Müəllif: