19 Oktyabr 2015 16:21
2 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 6 ay öncə nişanlanan cütlük yolu keçmək istəyərkən, avtomobilin altında qalaraq dünyasını dəyişib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Muğla vilayətində baş verib.

Nişanlılar dostları ilə əylənmək üçün şəhərə çıxıblar. Uğur Bostan nişanlısı Xədicə Qaranı evinə yola salmaq istəyib. Maşından enib əl-ələ tutan gənc cütlük yolu keçən zaman Yıldıray Təpənin idarə etdiyi avtomobilin altında qalıblar.

Qəza sonrası sürücü hadisə yerindən qaçıb. Şahidlər qaçan sürücünün avtomobilinin nömrəsini polisə bildirib. Qəzada ağır yaralanan nişanlılar xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Toy üçün Xədicə Qaranın 17 yaşının tamam olmasını gözləyən yaxınları isə xəstəxana qarşısında əsəb sarsıntısı keçiriblər.

Qəza sonrası hadisə yerindən qaçan avtomobil sürücü Yıldıray Təpə artıq polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı istintaq başlayıb.

Qeyd edək ki, 17 yaşlı Xədicə Qaranın gələn ay 18 yaşına keçəcəkdi.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər