4 Noyabr 2015 12:09
1 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya məxsus AN-12 yük təyyarəsi Cənubi Sudanda qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qəza Cuba şəhər aeroportunun 800 metrliyində baş verib. Aeroportdan qalxan təyyarə bir neçə saniyə sonra yerə çırpılıb.

Sudan mediasında yayılan xəbərlərdə bildirilir ki, qəza nəticəsində 41 nəfər həyatını itirib. Onlardan 1-i Rusiya, 4-ü isə Ermənistan vətəndaşı olub. Təyyarə "Allied Services" şirkətinə məxsus olub.

Hadisənin dəqiq səbəbləri məlum deyib. İlkin məlumatlara görə, qəzadan yalnız 3 nəfər sağ xilas olub. Onlardan biri azyaşlıdır.

Samir


Müəllif: