4 İyun 2014 12:49
1 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Varşavada Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko ilə görüşündə Ukraynaya iqtisadi yardım barədə danışacaq.

Teleqraf.com-un BBC-yə istinadən xəbərinə görə, Obama jurnalistlərə bildirib ki, Kiyev Rusiyanın "Qazprom" şirkəti ilə qaz qiymətləri barədə razılığa gələrsə və ya təminatın dayandırılacağı riskini nəzərə alarsa, Ukraynaya yardım təklif edilə bilər.

Ukrana iqtisadiyyatı 2012-ci ilin ortalarından tənəzzül dövründədir.

Barak Obama Polşaya kommunizmin süqutunun 25 illiyi münasibətilə gedir. Lakin Obamanın səfərinin Rusiyanın martda Krımı işğal etməsindən sonraya təsadüf etməsi xüsusi əhəmiyyət kəsb edir.

Barak Obama keçmiş Sovet ölkələrini bir daha əmin etmək istəyir ki, Vaşinqton onları Rusiyanın təxribatlarından müdafiə edəcək.

Cümə axşamı Obama ABÇ-ın Avropada hərbi gücünü artırmaq üçün 1 milyon dollar ayırıb. NATO da öz müdafiə qabiliyyətini artırmağa başlayıb.

BBC müxbiri Adam Easton isə deyir ki, Obamanın Polşaya səfəri simvolik xarakter daşıyır.

Ülviyyə


Müəllif: