19 Noyabr 2015 10:44
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyəyə enerji sahəsində sürpriz əməkdaşlıq təklif edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Netanyahu bunu Qüdsdə təşkil olunan toplantıda açıqlayıb.

Onun sözlərinə görə, İsrail və Türkiyə təbii qaz məsələsində əməkdaşlıq edə biləcək: "Türkiyə ilə iqtisadi əlaqələrimiz çox güclüdür. Suriya məsələsində ortaq fikirlər Türkiyə ilə İsrail arasında yaxınlaşmaya səbəb ola bilər".

Samir


Müəllif: