29 Noyabr 2015 15:28
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahları asanlıqla əldə edib küçədə gəzən insanlara qarşı tədbir görməliyik.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Barak Obama ölkəsində tez-tez yaşanan silahlı hadisələrə münasibət bildirərkən deyib.

“Amerikalılar tətil və ya iş günlərində silahlı şəxslər tərəfindən öldürülür. Bunun qarşısını qətiyyətlə almalıyıq. Şükran günündən sonra bu məsələ haqqında ciddi düşünməliyik. Bu normal deyil. Artıq bəsdir”, - Obama vurğulayıb.

Qeyd edək ki, sonuncu dəfə Kolorado ştatında yaşanan silahlı hücum zamanı biri polis olmaqla 3 nəfər həlak olmuş, 9 nəfər isə yaralanmışdı.


Müəllif: