2 Dekabr 2015 00:34
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Nazirlər Kabineti “Türk axını” qaz borusu və “Akkuyu” atom elektrik stansiyası daxil olmaqla iri investisiya layihələrinin reallaşdırılmasının dondurulmamasına dair qərar verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib. Onun sözlərinə görə, bu layihələrin perspektivi “Qazprom” və “Rosatom” şirkətlərinin öz işidir.

“İri investisiya layihələrinə gəlincə, onların dondurulması ilə bağlı heç bir qərar verilməyib. Türkiyə ilə investisiya əməkdaşlığı üzrə komissiyasının fəaliyyətinin dayandırılması “Türk axını” qaz borusu və “Akkuyu” atom elektrik stansiyasının tikintisinin reallaşdırılması ilə əlaqəsi yoxdur. Bu layihələrin reallaşdırılması “Qazprom” və “Rosatom” şirkətlərinin öz işidir . Hökumətin verdiyi qərar o demək deyil ki, onlar öz işlərini dayandırmalıdır”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl Türkiyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb.


Müəllif:

Oxşar xəbərlər