Bəşər Əsəd Suriya xalqının öz seçimidir.
Bu sözləri İranın Ali dini lideri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti deyib.
Onun sözlərinə görə, Bəşər Əsədi Suriya xalqı seçdiyi üçün onun hakimiyyəti leqaldır. Vilayəti həmçinin qeyd edib ki, əgər İran olmasaydı, Suriya hakimiyyəti çoxdan devrilmişdi./Axar.az