8 Dekabr 2015 12:59
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvanın mərkəzi küçələrindən birində partlayış olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Moskva Polis İdarəsinin sözçüsü Andrey Qaliakberov məlumat verib.

Onun sözlərinə görə, hadisə avtobus dayanacaqlarının birində baş verib: "Partlayış zamanı 5 nəfər yaralanıb. Şahidlər bildiriblər ki, avtobus dayanacağında gözləyən şərnişinlər tərəfə naməlum şəxs partlayıcı atıb. Hücumla əlaqədar araşdırmalar aparılır".

Samir


Müəllif: