17 Dekabr 2015 18:01
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya prezidenti Vladimir Putinin Gürcüstanla viza rejimini ləğv etməsi ilə bağlı təklifi lazımi istiqamətdə atılan addımdır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan bu təklifi müsbət dəyərləndirmək fikrindədir.

Qeyd edək ki, rus vətəndaşları Gürcüstana vizasız gedə bilsələr də, gürcülərin Rusiyaya getmək üçün viza tələb olunur.

Samir


Müəllif:

Oxşar xəbərlər