NATO hər zaman Ukraynanın yanında olub və olacaq.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşü zamanı deyib.
Baş katibin sözlərinə görə, Minsk razılaşmasının icra olunmasını dəstəklədiklərini bildirib:
“Bu mövzuda ötən aylarda bəzi irəliləyişlər qeydə alınıb. Lakin son zamanlar atəşkəsin yenidən pozulduğunu görürük. Qarşıdırmaların yenidən başlama riski mövcuddur”.
Stoltenberq həmçinin Ukraynanın sərhədlərinə tam nəzarət edə bilmədiyini, Rusiyanın razılaşmaya zidd olaraq hələ də əsgər və hərbi texnikasını geri çəkmədiyini, qeyri-qanuni qrupları tərkisilah etmədiyini də bildirib.