İraq hərbi qüvvələri Ramadi şəhərinin bir neçə rayonunu "İŞİD" terrorçularından azad ediblər.
"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, İraqın Anti-Terror Xidmətinin sözçüsü Sabah Əl-Nümani bildirib ki, döyüşlər hərbi hava qüvvələrinin köməyi ilə davam edir.
Gün ərzində Al-Bakr və Al-Dubat rayonlarında 35 İŞİD üzvünün öldürüldüyü, 14-ünün isə tutulduğu qeyd olunur.
Şəhərin şimal hissəsində isə daha 18 terrorçunun məhv edildiyi qeyd olunur.
Döyüşlərdə 5 iraqlı hərbçinin də öldüyü bildirilir.