25 Dekabr 2015 15:55
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatı Türkiyənin Şırnak bölgəsində mədəniyyət mərkəzi və kitabxanaya hücum edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı kitabxanada yanğın baş verib.

Rəsmi məlumatlara görə, yanğın nəticəsində 4 uşaq xəsarət alıb.

Bu arada, Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı Şırnakda 6 terrorçu öldürülüb, 1 təhlükəsizlik işçisi isə şəhid olub.

Samir


Müəllif: