26 Dekabr 2015 11:07
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il dəm qazından zəhərlənənlərin sayı ötən illə müqayisədə azalıb.

Azərbaycan Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Teleqraf.com-a bildirib ki, bu il payız mövsümündə Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə dəm qazından zəhərlənmə ilə əlaqədar 61 nəfər müraciət edib.

Bu il sentyabr ayında 4, oktyabr ayında 7, noyabr ayında isə 21, dekabr ayında isə 29 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Zəhərlənənlərin 60 faizi kişi, 35 faizi qadın, 3-5 faizi isə uşaqlar olub.

A.Maqsudov deyib ki, ümumilikdə bu il dəm qazından zəhərlənənlərin sayını ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azdır.

Dəm qazından zəhərlənmələrin daha çox dekabr, yanvar, fevral və mart aylarında baş verdiyini deyən A.Maqsudov insanlara ehtiyatlı olmağı tövsiyə edib.


Müəllif:

Oxşar xəbərlər